Əli Gökdəmirin komandasının kubokdakı rəqibi müəyyənləşdi

Yığmamızın üzvü Əli Gökdəmirin şərəfini qoruduğu "Hannover 96"nın Almaniya kubokundakı rəqibi müəyyən olub. Apasport.az saytının məlumatına görə, Hannover təmsilçisi ilk mərhələdə Hamburq "Viktoriya"sı ilə qarşılaşacaq.
Regionalliqanın "Şimal" zonasında mübarizə aparan komanda ilə görüş avqustun 4-də keçiriləcək. Qarşılaşma "Viktoriya"nın 8 min tamaşaçı tutumuna malik olan "Hoeluft" stadionunda keçiriləcək.
Qeyd edək ki, "Viktoriya" - "Hannover 96" oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31