“Qarabağ”ın gücünü qiymətləndirirəm”
4 İyul 2013 13:43 İdman"Metallurq"un "Qarabağ"la cavab oyununda işi asan olmayacaq. Ancaq onlar növbəti mərhələyə çıxmaq üçün hələ mübarizə apara bilərlər". Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşanın "Pyast" klubunun qapıçısı Yakub Şmatula deyib. Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Qlivitse təmsilçisi "Metallurq" - "Qarabağ" cütünün qalibini gözləyir.
Şmatula komandamızın səfərdə 1:0 hesabı ilə qalib gəldiyindən, rəqibləri olmaq şansının çoxluğu ilə razılaşsa da, skopyeliləri artıq hesabdan silməməyi düşünür: "Azərbaycan komandasının gücünü qiymətləndirirəm. Onu nəzərə alın ki, "Qarabağ" 2 il öncə Avropa Liqasında Polşanın "Visla" klubunu mübarizədən kənarlaşdırıb. Həmin vaxt isə təmsilçimiz həqiqətən yaxşı formada idi. "Qarabağ" meydan amilindən yararlanmalıdır. Əlbəttə, onlar cavab oyunu öncəsi daha əlverişli vəziyyətdədirlər".
Qeyd edək ki, "Qarabağ" Makedoniya təmsilçisi ilə cavab oyununu iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.