İsko: "İtimin adı Ronaldu olsa, sözümə baxmaz"

"Real" (Madrid) klubunun yeni transferi İsko yenidən maraqlı fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, daha öncə itinin adını Messi qoyduğunu bildirən ispaniyalı futbolçu digər itinin də adını açıqlayıb: "Messi adlı itlə yanaşı, daha bir it saxlayıram. Onun adı da Fiqudur. Başqa heyvanım yoxdur. Digər itim - Messinin adını Ronaldu olaraq dəyişdirməyəcəyəm. Çünki itimin adı Ronaldu olarsa, sözümə baxmaz".

Qeyd edək ki, İsko ötən gün "Real" klubu ilə 5 illik müqavilə imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31