Kassano "Parma"ya keçdi

"İnter"in futbolçusu Antonio Kassanonun yeni komandası müəyyənləşib. Qol.Az-ın məlumatına görə, italiyalı oyunçu "Parma"ya transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumçunun bu gün rəsmən ictimaiyyətə təqdim ediləcəyi bildirilir.
Qeyd edək ki, Kassona yeni klubunda 99 nörməli forma altında çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31