Hans-Yoahim Vatske: "Çox iddialıyıq"

Son Çempionlar Liqasının finalıçısı "Borussiya" (Dortmund) klubu transfer üçün 50 milyon avro büdcə ayırıb.
Qol.Az-ın məlumatına görə, bu barədə klubun idarə heyətinin üzvü Hans-Yoahim Vatske "Bild"ə açıqlamasında deyib.
Vatske komandaya yeni 2, ya da 3 hücumçu transfer etmək istədiklərini bildirib:
"Çox iddialıyıq. Soktaris də daxil olmaqla, yeni oyunçulara ödəniləcək 50 milyon avromuz var. Pul digər klublarla görüşmələrimin tez həll olunmasına daha çox kömək edir. Komandaya 2, ya da 3 hücumçu transfer edəcəyik. Bunlardan biri gələcəyin parlaq oyunçusu olacaq. Amma hazırda konkret deyə biləcəyim bir ad yoxdur", - deyə Vatske qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31