Adam Maher "PSV"yə keçdi

Hollandiyanın "Az Alkmaar" futbol klubunun 19 yaşlı forvardı Adam Maher, "PSV Endhoven"ə transfer olub. Siasport.az saytı xəbər verir ki, keçən mövsüm "Az Alkmaar" klubunun heyətində olduqca yaradıcı və texnikalı futbolu ilə diqqətləri üzərinə cəlb edən 19 yaşlı futbolçu bundan sonra "PSV Endhoven"in uğurları üçün çalışacaq. A.Maher, yeni komandası ilə artıq 5 illik rəsmi müqaviləyə imza atacaq. Bu transfer "PSV Endhoven"ə 6,5 milyon avroya başa gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31