"Neftçi" "Terek"lə nə vaxt qarşılaşacaq?

Bakının "Neftçi" futbol klubunun Avstriyada keçirəcəyi daha bir yoxlama oyununun vaxtı məlum olub. Siasport.az saytı xəbər verir ki, "ağ-qaralar" Rusiyanın "Terek" klubu ilə iyulun 9-da qarşılaşacaqlar. Bakılıların Qroznı təmsilçisi ilə qarşılaşacağı əvvəlcədən bilinsə də, tarix yalnız indi müəyyənləşib. Əvəzində "Neftçi"nin "Terek"in hansı heyəti ilə qarşılaşacağı bilinmir. Belə ki, rusiyalılar həmin gün 2 heyətlə 2 fərqli matç keçirəcək. Komandanın bir heyəti Azərbaycan çempionu ilə qarşılaşacaqsa, digəri "Xəzər Lənkəran"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi İsrail "Makkabi"sini (Hayfa) sınağa çəkəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31