Serxio Ramos: "Biz robot deyilik ki, hər oyunda qalib gələk"

İspaniya yığmasının müdafiəçisi Serxio Ramos Konfederasiyalar Kubokunun final oyununun nəticəsindən danışıb. Milli.Az Sports-a istinadən xəbər verir ki, "Real" Madridin oyunçusu deyib: "Nə vaxtsa biz məğlub olacaqdıq - biz robot deyilik ki. Elə olur ki, heç nə alınmır. Braziliya yığması haqqında ancaq yaxşı sözlər deyə bilərəm.
Mən penalti vuranda əmin idim ki, vuracam, lakin nəticədə əyri vurdum. Biz çox şeyə nail olmuşuq və məğlub olduğumuz gün gələndə təəccüblənmədik. Bu idmanın bir hissəsidir". 
Xatırladaq ki, dünənki oyuna qədər İspaniya yığması rəsmi oyunlarda 29 oyun idi ki, məğlub olmurdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31