"Milan" Robinyonu satıb yapon oyunçu alır

İtaliyanın "Milan" klubu hüçumçusu Robinyonu Braziliyanın "Santos" klubuna satıb əldə olunan gəlir hesabına Rusiyanın "MOİK" klubunun yarımmüdafiəçisi Keysuke Hondanı heyətinə qatmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə "Corriere dello Sport" qəzeti xəbər yayıb.
Qəzetin məlumatına görə, Braziliya klubu 29 yaşlı hücumçuya görə 8 milyon avro ödəməyə hazırdır. "Milan" isə bu məbləğə yaponiyalı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.
Xatırladaq ki, 27 yaşlı Hondanın hərbçilərlə müqaviləsinin müddəti yarım ildən sonra bitir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31