Serbiyalı nazir Bakıda

Serbiyanın gənclər və idman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, iyulun 5-dək davam edəcək səfər zamanı serbiyalı nazir gənclər və idman naziri Azad Rəhimovla görüşəcək. İyulun 2-də isə qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Səfər çərçivəsində Serbiya nümayəndə heyəti Milli Olimpiya Komitəsi, "İçərişəhər" Tarix-Memarlıq Qoruğu, Bayraq Meydanı, Bakı-2015 Atletlər kəndi, Azərbaycan Gənclər Fondu və bir sıra idman mərkəzlərində olacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31