Branimir Subaşiçin məşqlərə başlayacağı tarix açıqlandı

Milli komandamızın hücumçusu Branimir Subaşiç bu həftə "Orduspor"da ilk məşqinə çıxacaq. Apasport.az saytının məlumatına görə, serbiyalı forvardın yeni komandası iyulun 4-də yeni mövsümün ilk hazırlığını keçəcək.
"Orduspor"un baş məşqçisi Ərkan Sözerinin sözlərinə görə, komanda hazırlıqlara klubun Durugöl bazasında başlayacaq. Bundan əlavə, komandanın Boluda təlim-məşq toplanışı keçəcəyi də dəqiqləşib.

Qeyd edək ki, Branimir Subaşiç ötən ay "Orduspor"la 2 illik müqavilə bağlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31