“Neftçi” “Qəbələ”nin rekordçusunu transfer etdi

Latviya milli komandasının qapıçısı Pavel Doroşev yenidən Azərbaycanda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı legioner karyerasını "Neftçi"də davam etdirəcək. Uzun illər "Qəbələ"nin əsas qapıçısı olmuş Pavel Çempionlar Liqasındakı təmsilçimizlə 1 illik müqavilə imzalayıb.
Doroşev komandanın Avstriyadakı təlim-məşq toplanışına qatılaraq, Almaniyanın III liqa təmsilçisi "Vakker"ə 3:0 hesabı ilə qalib gəldikləri yoxlama oyununda 2-ci 45 dəqiqədə oynayıb.
Qeyd edək ki, Pavel 2011-ci ildə "Qəbələ"dən kənarlaşdırıldıqdan sonra vətəninə qayıdaraq, Liyepaya "Metallurq"unda oynayıb. O, milli çempionatımızda "quru seriya"sı ilə ölkəmizin beynəlxalq miqyasda rekordçularından olub. Doroşev "Qəbələ"də keçirdiyi 99 matçda klubun tarixində oyun sayında mütləq rekordçudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31