İspaniyanın qadınları Avropa çempionu oldular, Türkiyə bürünc medal qazandı
1 İyul 2013 12:20 İdmanFransada qadınlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, finalda İspaniya milli komandası ilə meydan sahibləri qarşılaşıblar.
Görüşdə pireneyli basketbolçular qalib gələrək, qitə birinciliyinin sahibi olublar. Matç 70:69 hesabı ilə yekunlaşıb.
Turnirin bürünc medallarını isə Türkiyə yığması qazanıb. Qardaş ölkənin idmançıları Serbiyanı üstələyiblər - 92:71.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31