Azərbaycanlı atlet Türkiyə tarixinə düşdü - FOTO
29 İyun 2013 02:32 İdmanTürkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Akdəniz Oyunlarında növbəti dəfə fəxri kürsüyə yüksəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasından imtina edən 24 yaşlı sprinter 200 m məsafəyə qaçışın ardından 100 m məsafədə də finiş xəttinə ikinci çatıb. O, 10,23 saniyə nəticə ilə yeni Türkiyə rekordu da müəyyənləşdirib.
Yarışın qalibi isə fransalı Emmanuel Biron (10,22) olub. İlk "üçlüyü" Mixael Tumi (İtaliya, 10,25) qapayıb.
Qeyd edək ki, indiyədək Türkiyə rekordu İzzət Səfərə məxsus olub. O, 10,37 saniyə ilə birinciliyi qoruyurdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31