Messi İspaniya büdcəsinə 15 milyon avro ödəyəcək
Futbolçu 2005-2007-ci illərdə vergi borcunu ödəməyib
28 İyun 2013 12:48 İdmanArgentinalı forvard Lionel Messi və atası İspaniya maliyyə nazirliyinə ümumilikdə 15 milyon avro ödəyəcək. Bu, 2005-2007-ci illərdən qalmış vergi borcudur. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Messi və atası Xorxe Messi 4 milyon avronu vergidən yayındırmaqda təqsirkar bilinərək 24 milyon avro cərimə və ya 6 ilədək həbs oluna bilərdilər.
Atrıq futbolçunun 2010-2011-ci illərə görə 10 miyon avro ödədiyi xəbər verilir.
Kataloniyanın vergi orqanları "Qızıl top"un dördqat qalibinin 2007, 2008, 2009-cu illərdə vergi deklorasiyasını düzgün doldurmadığını bildirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31