Con Toşakın tapşırığı
27 İyun 2013 20:15 İdmanAlmaniyada yay təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bugünə səhər və axşam olmaqla iki məşq prosesi planlaşdırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səhər məşqində futbolçuları fiziki çalışmalardan azad edən Con Toşak əsasən taktiki hazırlıq planına uyğun tapşırıqlarını verib.
Saat yarım sürən məşqin sonunda təcrübəli çalışdırıcı "Sabah çox güclü rəqiblə qarşılaşırıq. Sizdən bu oyuna məsuliyyətlə yanaşmanızı və maksimum zədələnmədən qorunmanızı istəyirəm" deyərək futbolçulara tapşırıqlarını verib.
Qeyd edək ki, sabah "Xəzər Lənkəran" Bakı vaxtı ilə saat 21:00-da məskunlaşdığı "Marc Aurel" otelinin futbol meydançasında Almaniyanın "İnqolştadt 04" klubu ilə yoxlama oyunu keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31