Arşavin əvvəlki klubuna qayıtdı
27 İyun 2013 14:58 İdman"Olaylar" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Arsenal" klubunun yarımmüdafiəçisi və Rusiya millisinin kapitanı Andrey Arşavin əvvəlki klubu "Zenit"ə qayıdıb və iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Arşavin 2009-cu ildə "Zenit"i tərk edərək İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Arsenal"a transfer olmuşdu. Məlumatda qeyd olunur ki, Arşavinin "Arsenal"la müqaviləsi iyulun 1-də bitir.
"Rusiyanın ən yaxşı futbolçularından biri karyerasının son illərini öz vətənində keçirəcək. "Zenit" klubu Andrey Arşavini salamlayır və oma uğurlar arzu edir"- "Zenit" klubunun rəsmi saytında yazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31