Julio Sezar matçın ən yaxşı futbolçusu seçildi

Konfederasiyalar Kubokunun yarımfinalında qarşılaşan Braziliya - Uruqvay (2:1) matçının ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, meydan sahiblərinin qapıçısı Julio Sezardır.
33 yaşlı qolkiper matçın 15-ci dəqiqəsində rəqib komandasının hücumçusu Dieqo Forlanın penalti zərbəsini dəf edərək, Uruqvayın hesabda önə çıxmasına imkan verməyib.
Oyundan sonra Sezar bildirib ki, Dieqonun penalti zərbə vurma tərzi ilə tanışdır. Çünki hər iki futbolçu Milan "İnter"ində birgə çıxış ediblər.
Qeyd edək ki, Sezar 2005-2012 və Forlan isə 2011-2012-ci illərdə "İnter"in şərəfini qoruyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31