Azərbaycan klublarının avrokuboklarda rəqibləri bilindi
24 İyun 2013 17:18 İdmanMilli.Az UEFA-ya istinadən bildirir ki, Avropa Liqasında "İnter"in rəqibi "İFK Mariehamn" (Finlandiya) klubudur.
--------
16:10
Milli.Az UEFA-ya istinadən bildirir ki, Avropa Liqasında "Qarabağ"ın rəqibi "Metalurg Skopje" (Makedoniya), "Xəzər Lənkəran"ın isə - "Sliema Wanderers" (Malta) klublarıdır.
---------
15:24
Bu gün UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil qərargahında Çempionlar Liqasının 2013/14 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi "Neftçi" də ilk rəqibini tanıyıb.
Qeyd edək ki, paytaxt klubu ənənəvi olaraq qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin püşkatması zamanı "Neftçi" səpələnmişlər sırasında yer alıb. Bu isə komandamızın güclülər sırasında olub, nisbətən zəif klublarla qarşılaşacağı anlamına gəlir. 34 komandanın iştirak edəcəyi ikinci mərhələdə 17 klub səpələnmişlər, bir o qədəri də səpələnməmişlər səbətində yer alıb.
Bu mərhələdə iştirak etmək hüququ qazanan klublar aşağıdakılardı:
Səpələnmişlər Səpələnməmişlər
1-ci Qrup
Steaua (Rumıniya) Zeljezniçar (Bosniya və Herseqovina)
Viktoria (Çexiya) Skenderbeu (Albaniya)
Sheriff (Moldova) Birkirkara (Malta)
Maribor (Sloveniya) Vardar (Makedoniya)
Neftçi (Azərbaycan) Sutjeska (Monteneqro)
2-ci Qrup
Legia (Polşa) Hafnarfjordur (İslandiya)
Elfsborg (İsveç) TNS (Uels)
Celtic (Şotlandiya) Sligo Rovers (İrlandiya)
Molde (Norveç) Cliftonville (Şimali İrlandiya)
HJK (Finlandiya) Daugava (Latviya)
Ekranas (Litva) Nomme Kalju (Estoniya)
3-cü Qrup
BATE (Belarus) Gyor (Macarıstan)
Dinamo (Zaqreb, Xorvatiya) Ludogorets (Bolqarıstan)
Partizan (Serbiya) Şaxtyor (Qazaxıstan)
Dinamo (Tiflis, Gürcüstan) Fola (Lüksemburq)
Slovan (Slovakiya) İlk mərhələnin qalibi
Maccabi (Təl-Əviv, İsrail) İlk mərhələnin qalibi
Eyni zamanda Andorra, Farer adaları, San-Marino və Ermənistan klublarının oynayacağı birinci təsnifat mərhələsinin 2 qalibi də "Neftçi"nin potensial rəqibləri arasında idi. Həmin klublar isə bunlardı: Streymur (Farer adaları), Lusitanos (Andorra), Shirak (Ermənistan) və Tre Penne (San-Marino). Püşkatma zamanı məhz ilk təsnifat mərhələsinin püşkü atılıb. Nəticədə, sözügedən dörd klub aşağıdakı şəkildə bir-birinə rəqib olub.
1. Streymur - Lusitanos
2. Tre-Penne - Shirak
Püşkatma ərəfəsində UEFA ikinci təsnifat mərhələsinin iştirakçılarını müəyyən amillər nəzərə alınmaqla bir neçə qrupa ayırmışdı. Göründüyü kimi, "Neftçi"nin daha konkret potensial rəqiblərinin kimliyi də bəlliydi. Belə ki, təmsilçimiz "Zeljezniçar", "Skenderbeu", "Birkirkara", "Vardar" və "Sutjeska"dan biri ilə üz-üzə gələ bilərdi. Lakin püşk təmsilçimizin bəxtinə "Skenderbeu"nu çıxarıb. Bütövlükdə, ikinci təsnifat mərhələsində aşağıdakı cütlüklər üz-üzə gələcək.
Neftçi - Skenderbeu
Steaua - Vardar
Viktoria - Zeljezniçar
Sherif - Sutjeska
Birkirkara - Maribor
Sligo-Rovers - Molde
Elfsborg - Daugava
HJK - Nomme Kalju
Ekranas - Hafnarfjordur
Dinamo (Zaqreb) - Fola
BATE - Şaxtyor
2-ci cütün qalibi - Partizan
Slovan - Ludogorets
Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-17-də, cavab görüşləri isə həmin ayın 23-24-də keçiriləcək.
---------
15:09
Milli.Az UEFA-ya istinadən xəbər verir ki, "Neftçi"nin rəqibi Albaniyanın "Şkenderbeu" komandasıdır.
-----------
14:01
Bu gün Çempionlar Liqasında 2013/14 mövsümünün ilk 2 təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, UEFA-nın mənzil-qərargahında Bakı vaxtilə saat 15:00-da başlayacaq tədbirdə ölkəmizin Avropanın ən nüfuzlu turnirində yeganə təmsilçisi olan "Neftçi" rəqibini biləcək. Belə ki, I təsnifat mərhələsindən azad olan bakılılar səpələnmişlər arasında olduğundan, münasib komanda ilə düşəcək.
Gələn həftə start götürəcək ilk mərhələdə ən zəif reytinqi olanlar - "Streymur" (Farer adaları, 2,316), "Tre Penne" (San-Marino, 1,383), "Lusitanos" (Andorra, 1,100) və "Şirak" (Ermənistan, 0,850) oynayacaq. Həmin 2 qalib iyulun ortasında başlayacaq II mərhələdə mübarizəyə qoşulacaq. Orada 34 iştirakçı arasında olan "Neftçi" mümkün rəqiblərindən yalnız "Hafnarfyordur" ilə vaxtilə oynayıb. Belə ki, komanda 2005-ci ildə elə məhz bu turnirdə İslandiya təmsilçisini keçib.
Artıq UEFA komandaların rəqiblərini konkretləşdirib. Belə ki, "Styaua", "Viktoriya", "Şerif" və "Maribor"la birgə I qrupda yer alan "Neftçi" "Jelezniçar", "Skenderbeu", "Birkirkara", "Vardar" və "Sutyeska"dan biri ilə düşəcək.
Səpələnmişlər
BATE (Belarus, 39,175)
"Seltik" (Şotlandiya, 37,508)
"Styaua" (Rumıniya, 35,604)
"Viktoriya" (Çexiya, 28,745)
"Dinamo" (Xorvatiya, 25,9160)
"Partizan" (Serbiya, 17,425)
"Legiya" (Polşa, 13,650)
"Şerif" (Moldova, 11,533)
"Maribor" (Sloveniya, 9,941)
"Slovan" (Slovakiya, 8,341)
"Elfsborq" (İsveç, 8,125)
"Makkabi" (Təl-Əviv, İsrail, 8,075)
"Molde" (Norveç, 7,835)
HİK (Finlandiya, 6,701)
"Ekranas" (Litva, 6,300)
"Neftçi" (Azərbaycan, 5,708)
"Dinamo" (Gürcüstan, 5,333)
Səpələnməmişlər
"Jelezniçar" (Bosniya və Herseqovina. 4,566)
"Hafnarfyordur" (İslandiya, 4,083)
"Qyor" (Macarıstan, 3,850)
TNS (Uels, 3,766)
"Ludoqorets" (Bolqarıstan, 3,450)
"Sliqo Rovers" (İrlandiya, 3,225)
"Şaxtyor" (Qazaxıstan, 2,941)
"Skenderbeu" (Albaniya, 2,833)
"Birkirkara" (Malta, 2,541)
"Kliftonvill" (Şimali İrlandiya, 2,116)
"Vardar" (Makedoniya, 2,050)
"Dauqava" (Latviya, 1,658)
"Nomme Kalyu" (Estoniya, 1,191)
"Fola" (Lüksemburq, 0,925)
"Sutyeska" (Monteneqro, 1,300)
I təsnifat mərhələsinin 2 qalibi
----------
08:56
Bu gün İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da 2013/2014 mövsümü üçün UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq.
Trend-in məlumatına görə, bu turnirdə Azərbaycanı təmsil edəcək paytaxtın "Neftçi" klubu mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Son Azərbaycan çempionu səpələnmişlər səbətində yer alıb.
I təsnifat mərhələsinin iştirakçıları - səpələnmişlər: "Streymur" (Farer adaları), "Tre Penn" (San Marino); səpələnməmişlər: "Lusitanos" (Andorra), "Şirak" (Ermənistan)
II təsnifat mərhələsinin iştirakçıları: - səpələnmişlər: BATE (Belarus), "Seltik" (Şotlandiya), "Styaua" (Rumıniya), "Viktoriya" (Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Partizan" (Serbiya), "Legiya" (Polşa), "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Slovan" (Slovakiya), "Elfsborq" (İsveç), "Makkabi" (Təl-Əviv, İsrail), "Molde" (Norveç), HJK (Finlandiya), "Ekranas" (Litva), "NEFTÇİ" (Azərbaycan), "Dinamo" (Tbilisi, Gürcüstan); səpələnməmişlər: "Jelezniçar" (Bosniya və Herseqovina), "Hafnarfyordur" (İslandiya), "Qyor" (Macarıstan), TNS (Uels), "Ludoqorets" (Bolqarıstan), "Sliqo Rovers" (İrlandiya), "Şaxtyor" (Qazaxıstan), "Skenderbeu" (Albaniya), "Birkirkara" (Malta), "Kliftonvill" (Şimali İrlandiya), "Vardar" (Makedoniya), "Dauqava" (Latviya), "Sutyeska" (Monteneqro), "Nomme Kalyu" (Estoniya), "Fola" (Lüksemburq), I təsnifat mərhələsinin 2 qalibi
Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 2-3 və 9-10 iyul, II təsnifat mərhələsinin görüşləri isə 16-17 və 23-24 iyul tarixlərində keçiriləcək.
Bu gün Nyonda, həmçinin 2013/2014 mövsümü üçün UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq.
Azərbaycanı Avroliqada 3 komanda - "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klubları təmsil edəcəklər. Hər üç klubumuz mübarizəyə I təsnifat mərhələsindən start verəcəklər.
Komandalarımız püşk zamanı səpələnmişlər səbətində yer alacaqlar.
Qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin ilkin mərhələsində 76 klub mübarizə aparacaq.
Avroliqanın I təsnifat mərhələsinin oyunları 4-11 iyul, II təsnifat mərhələsinin görüşləri isə 18-25 iyul tarixlərində keçiriləcək.