Azərbaycan növbəti kuboka ev sahibliyi etməyə hazırdır-Hüseyn Bağırov

Azərbaycanda ilk dəfə keçirilən yarış sona çatıb

Azərbaycanda ilk dəfə keçirilən İdman Dırmanması üzrə Dünya kuboku yarışı sona çatıb. Yarışlarda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edib.

Qeyd edək ki, yarış zamanı qadınlar arasında yeni dünya rekordu (8.05 saniyə) qeydə alınıb. İdman Dırmanması üzrə Dünya kubokunun nəticələrinə görə, kişilər arasında  1-ci yeləri Rusiya, Ukrayna, Polşa idmançıları, qadınlar arasında isə  1 və 2-ci yerlərə Rusiya, 3-cü yerə isə, İtaliya idmançısı layiq görülüb.

Yarışın sonunda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) prezidenti H.Bağırov çıxış edərək qalibləri təbrik edib, yarış iştirakçılarına və qonaqlara təşəkkürünü bildirib və Azərbaycanın növbəti İdman Dırmanması üzrə Dünya kubokuna ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb. Qeyd edək ki, 22-23 iyun 2013-cü il tarixlərində Azərbaycanda ilk dəfə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə İdman Dırmanması üzrə Dünya kuboku yarışı keçirilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31