Roberto Karlos “Anji”dən ayrılmasının səbəblərini açıqlayıb

"Olaylar" xəbər verir ki, Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi Roberto Karlos Rusiyanın "Anji" klubundan ayrılmasının səbəblərini açıqlayıb. Baş məşqçi kimi işləmək istədiyini vurğulayan Karlos ""Anji"də istədiyim işi mənə vermədilər. "Sivasspor" bu şansı mənə verdi. Buna görə də "Anji"dən ayrıldım" deyə bildirib. Indidən həmkarları və dostları üçün darixdığını dilə gətirən Karlos klubdan ayrıldığı üçün pis olduğunu da vurğulayıb. Guus Hiddink ilə vidalaşarkən bir-birilərinə uğurlar dilədiklərini deyən Karlos "Mənə öyrətdiklərinə görə minnətdaram. Öyrəndiklərim Türkiyədə köməyimə çatacaq" şəklində fikirlərini bildirib.

Xatırladaq ki, 2011-ci ildə Rusiyanın "Anji" klubu ilə müqavilə imzalayan Roberto Karlos futbolçu kimi çıxış etdikdən sonra baş məşqçinin köməkçisi kimi fəaliyyətini davam etdirib. Daha sonra isə klubun idman direktoru olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31