"Xəzər Lənkəran”dan daha bir futbolçu uzaqlaşdırıldı
Klub Akif Tağıyev ilə müqaviləni ləğv edib
20 İyun 2013 12:29 İdman"Xəzər Lənkəran" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Klubun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, komandanın əvəzedici heyətində çıxış edən, müəyyən matçlarda əsas komandaya da cəlb olunan Akif Tağıyev "Xəzər Lənkəran"ın heyətindən uzaqlaşdırılıb.Qeyd edək ki, gənc yarımmüdafiəçi "Xəzər Lənkəran"a 2011-2012 mövsümündə transfer olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31