Kompüter oyun tərtibatçıları Maradonaya 500 min dollar təzminat ödəyib

Argentinanın yığma futbol komandasının keçmiş futbolçusu Dieqo Maradona "Hot-Blooded Soccer" kompüter oyununun tərtibatçılarından onun simasının qeyri-qanuni istifadəsinə görə 490 min dollar təzminat alıb. "ICTnews" xəbər xidmətinin "Interfax" saytına istinadən verdiyi məlumata əsasən, bundan başqa, oyunu tərtib edən "Sina" şirkəti "Hot-Blooded Soccer"i öz internet-platformundan silib və Maradonadan rəsmi üzr istəyi ilə müraciət dərc edib.
Oyunun tərtibatçıları isə Maradonanın təsvirini və avtoqrafını oyundan kəsib çıxarıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31