Türkiyədə azərbaycanlı futbolçularla bağlı qərar verildi
19 İyun 2013 14:34 İdmanTürkiyə Futbol Federasiyası legionerlərlə bağlı qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, qurum I dəstədə çıxış edən komandaların heyətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan futbolçulara güzəşti qüvvədə saxlayıb.
Belə ki, növbəti mövsümdə də hər bir klub bu ölkələrdən ən çox 2 futbolçunu heyətinə qata bilər. Komandalar bu 2 güzəştli oyunçudan başqa 3 legioner transfer etmək hüququna malikdir. Yəni oyunun 18 nəfərlik protokoluna 2-si postsovet məkanının türkdilli ölkələrindən olmaqla ən çoxu 5 əcnəbi futbolçu daxil edilə bilər.
I dəstədə çıxış edən komandaların heyətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan futbolçulara güzəşt isə qüvvədə saxlanılıb. Qarşıdakı mövsümlərdə də hər klub bu ölkələrdən olan 2 oyunçunu heyətinə qata bilər. Bu 2 güzəştli futbolçudan başqa isə hər komanda 3 legionerə güvənmək imkanına malik olacaq. Oyunun protokoluna isə 2-si postsovet məkanının türkdilli ölkələrindən olmaqla 5 futbolçu daxil edilə bilər.
Superliqaya gəlincə, növbəti mövsümdə iştirak ərizəsinə 10, oyun protokoluna 6 legioner yer ala biləcək. Artıq 2014/15 mövsümündə isə bu rəqəmlər müvafiq olaraq 8 və 5-ə endiriləcək.
Qeyd edək ki, I liqada güzəşt 2004-cü ildən tətbiq olunur. "Dənizlispor" azərbaycanlı futbolçular Rail Məlikovla Arif İsayevi heyətinə qatmaqla bu güzəştdən tam istifadə edir. Millimizin hücumçusu Branimir Subaşiç "Orduspor"la müqavilə bağlayacağı ilə orda daha bir təmsilçimiz olacaq.