İki ulduz futbolçu zorlamada suçlanır
19 İyun 2013 14:00 İdmanFransanın ən məşhur futbolçularından ikisinin məhkəmə prosesi başlanıb. 30 yaşlı Frank Riberi və 25 yaşlı Kərim Benzema yetkinlik yaşına çatmamış qıza təcavüz etməkdə suçlanırlar. Milli.Az European-a istinadən bildirir ki, Fransa yığmasının oyunçuları 2009-cu ildə, o vaxt 17 yaşlı, əslən Əlcəzairdən olan Zahirə Dəharla cinsi əlaqəyə girmişdilər. Dəhar yetkinlik yaşına çatmasa da, fahişəliklə məşğul olurdu. Məhkəmə prosesinin ilk iclasına F.Riberi qatılmayıb. Futbolçunun vəkilinin dediyinə görə, onun müvəkkili Z.Deharla cinsi əlaqəyə girəndə qızın yetkinlik yaşına çatmadığını bilməyib. Kərim Benzema isə Z.Deharla cinsi əlaqədə olmadığını bildirib. Futbolçulara qarşı ittihamlar təsdiqlənərsə, onların hər birini 3 il həbs və 45 min avroluq cərimə gözləyir. Qalmaqaldan sonra F.Riberi və K.Benzema Fransa yığmasından qovulmuşdular.