Milli komandamızn futbolçusu "Orduspor"da

Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiçin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, "Orduspor" 31 yaşlı milliləşdirilən serbiyalı hücumçunun transfer etdiyini rəsmən açıqlayıb.
Belə ki, I liqaya düşən komanda Subaşiçlə 2, 2007/08 mövsümündə öz heyətində çıxış etmiş Əmrə Aygünlə 1 illik müqavilə imzalayıb. Branimir "Orduspor" iyulun 2-də təlim-məşq toplanışına başladığı zamanı onun sıralarında olacaq.
Qeyd edək ki, Subaşiç 2005-ci ildən oynadığı ölkəmizdə "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" və "Qarabağ"da forma geyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31