Azərbaycan idmançısı Avropa çempionatının finalında ermənini yerə vurdu

Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulublar.

Güləşçilərimizdən 3-ü finala qədər maneəsiz irəliləyib. Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) finalda Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçi ilə qarşılaşıb. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb, rəqib Rumıniya güləşçisi olub.

50 kq, bürünc medal görüşü
Mahir Əmiraslanov - Barna Marton (Rumıniya)

58 kq, final
Məhəmmədəli Əliyev - Selim Kozan (Türkiyə)

69 kq, final
Abdulmuslim Muxuddinov - Tiqran Mnatsakanyan (Ermənistan)

85 kq, final
Nurməhəmməd Hacıyev - Enes Altun (Türkiyə)

Medal görüşünə çıxan bütün güləşçilərimiz xalça üzərindən qalib ayrılıblar. Beləliklə, yeniyetmələrin Avropa çempionatında ilk gün sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb.

Çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) mübarizəyə qoşulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31