Futbolun canlı əfsanəsi məşqçiliyi Türkiyədə öyrənəcək
19 İyun 2013 04:11 İdmanRayan Giqqs UEFA PRO məşqçi Lisenziyası üçün Türkiyəyə gələcək. 8 günlük bir təhsildən keçəcək. Publika.Az xəbər verir ki, bu barədə "The Times" xəbər yayıb.
"Mançester Yunayted" ilə futbol həyatına davam edən və karyerası boyunca 941 matça çıxan canlı əfsanə Rayan Giqqs, karyerasında vacib addımı Türkiyədə atmağa hazırlaşır.
Komanda yoldaşları tətildə olmasına baxmayaraq Rayan Giqqs, UEFA Pro məşqçi Lisenziyası üçün 8 günlük bir Türkiyəyə səfər edəcək və təhsil alacaq.
Cümə axşamı günü Türkiyəyə gələcək olan Giqqsin təhsil almağı U20 Dünya Kubokunun davam etdiyi vaxta təsadüf edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31