Konqolu müdafiəçi “İnter”ə qoşulur

"İnter"in müdafiəçisi Brus Abdulay komandasının düşərgəsinə qoşulur. Apasport.az saytının məlumatına görə, toyu olduğundan konqolu futbolçu "bankirlər"in Türkiyə toplanışına qatıla bilməmişdi.
Onun bu gün Avstriyada olacağı gözlənilir. Bu arada "İnter"dən ayrılanlar sırasına Leonardo Roşa da qoşulub. Artıq braziliyalı futbolçunun yeni mövsümdən "bankirlər"də olmayacağı dəqiqləşib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31