Zidan yeni vəzifə aldı

"Real Madrid" klubunun və Fransa yığmasının keçmiş yarımmüdafiəçisi, əfsanəvi futbolçu Zinəddin Zidan doğma klubunda vəzifə alıb.
Publika.Az xəbər verir ki, əfsanəvi futbolçu "Real Madrid" klubunda məşqçi köməkçisi postunda çalışmağa razılaşıb.
Zidan burada futbolçulara daha yaxın olacağını bildirib. Kral klubunun prezidenti Florentino Peres Zidanın gələcəkdə klubun idman planlarında iştirak etməsini arzuladığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31