Ronaldo: “...yalandır”
14 İyun 2013 21:12 İdmanRonaldo "Real" klubu ilə müqavilənin müddətini uzatması haqda xəbərləri təkzib edib. Publika.Az xəbər verir ki, futbolçu sosial şəbəkələrdə bununla bağlı xəbərlərin yalan olduğunu deyib. "Mənim "Real Madrid" ilə müqavilə yeniləməyim haqqında mətbuatda çıxan bütün xəbərlər yalandır"- deyə bildirərək öz "Twitter" adresində yazıb.
Qeyd edək ki, bu yaxınlarda Ronaldo "Real"la müqaviləni uzatmaqla bağlı danışıqların sakit məcrada davam etdiyini deyib.
Hazırda "Mançester Yunayted", PSJ və "Monako" kimi klublar portuqaliyalı hücumçunu heyətində görmək istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31