“Fənərbaxça” nəhayət Kardozasına qovuşur

"Benfika" klubunda forma geyinən Kardozo İstanbula gəlir. Publika.Az xəbər verir ki, "Fənərbaxça", demək olar ki, futbolçunun transferi ilə bağlı bütün məsələlərdə qarşı tərəflə anlaşıb.
"Sarı-laciventli" klub "Benfika"ya portuqaliyalı üçün 30 faizi nağd olmaqla 12 milyon avro ödəyəcək. Futbolçunun özünə isə Türkiyədə qaldığı 3 il ərzində ildə 2.8 milyon avro məbləğ ayrılacaq.
6 mövsümə 161 qol vuran Kordozanın Portuqaliyada olan xüsusi işlərini həll edib gələn həftə İstanbulda olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31