“İnter” bu gün Avstriyaya gedir
14 İyun 2013 20:37 İdmanÖlkəmizi Avroliqada təmsil edəcək "İnter"in Bakıda qısa müddətli istirahəti başa çatıb. Apasport.az saytının məlumatına görə, "bankirlər" artıq bu gün təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yola düşür.
Bürünc mükafatçı təxminən saat 17:00-da Bakı - Vyana reysi ilə Mərkəzi Avropa ölkəsinə uçacaq. Komanda Avstriyanın paytaxtına çatdıqdan sonra klub üçün ayrılmış avtobusla Zaltsburqa hərəkət edəcək. Məhz "İnter" Avstriya hazırlıqlarını bu şəhərin yaxınlığında keçirəcək.
Qeyd edək ki, "İnter"in Avstriya toplanışı zamanı 5 yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31