Kasilyasdan şok qərar

Məşhur qapıçı dünya çempionatından sonra karyerasını bitirir

Madridin "Real" klubunun və İspaniya yığmasının qapıçısı İker Kasilyas karyerasını bitirmək haqqında qərar verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur oyunçu 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatından sonra bu addımı atacaq:

"Mən 2014-cü il dünya çempionatından sonra karyeramı bitirməyi planlaşdırıram. Biz öz yaşımızı dərk edirik. Mən özümü, Xavini, Xabi Alonsonu, Puyolu, Vilyanı, Torresi nəzərdə tuturam. Mundial bizim üçün sonuncu böyük turnir olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31