"Monako" "Barsa"nın ürəyini almaq istəyir

Fransanın "Monako" klubunun yeni transfer hədəfləri bəlli olub. Qol.Az-ın məlumatına görə, bunlar "Barselona"dan ayrılan Erik Abidal və "Nyukasl"dan Yoan Kabaydır.
 Klubun vitse-prezidenti Vadim Vasilyev Fransa mətbuatına açıqlamasında hər iki oyunçu ilə maraqlandıqlarını təsdiqləyib: "Kabay çox qabiliyyətli futbolçudur. Abidal isə əgər Fransaya dönərsə, hər kəs sevinəcək".

Qeyd edək ki, Abidal son açıqlamalarının birində futbolçu karyerasını "Monako"da başa vurmaq istədiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31