Messi barəsində cinayət işi açılıb!

Dünyanın ən güclü futbolçusu olan "Barselona" və Argentina milli komandasının hücumçusu Lionel Messi barəsindən vergiləri ödəmədiyi üçün cinayət işi açılıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, vergi əməkdaşlarının "Barselona"da apardığı yoxlamalar zamanı Lionel Messinin və onun atasının 2007, 2008 və 2009-ci illərdə ümumən 4 milyon avronu vergidən  yayındırdığı üzə çıxıb.
Argentinada olan futbolçu hələlik bu barədə açıqlama verməyib. Artıq məsələ ilə bağlı prokuror Rakel Amad məhkəməyə müraciət edib.
Qeyd edək ki, Lionel Messi reklam və sponsor gəlirlərindən ildə 20 milyon avrodan çox pul qazanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31