Futbol üzrə Dünya çempionatı Türkiyədə keçirilə bilər
13 İyun 2013 13:27 İdman20 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında dünya çempionatının Türkiyədə keçirilməyi qüvvədə qalır. Apasport.az saytının məlumatına görə, bu haqda FİFA prezidenti Yozef Blatter açıqlama verib.
O bildirib ki, son vaxtlar qonşu ölkədə qarışıqlığın olmasına baxmayaraq, məkanı dəyişdirməyəcəklər: "Türkiyə tərəfi bizə bütün zəmanəti verib. Oyunlar planlaşdırılmış vaxtda keçiriləcək. Ümid edirik ki, heç bir qeyri-adi şey baş verməyəcək və yarışlar nəzərdə tutulan vaxtda olacaq. Biz yaranmış çətin şəraitdə bir daha göstərə bilərik ki, futbol insanları birləşdirir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31