Həyat yoldaşı futbolçunu məhkəməyə verir

Yuliya onu 3 uşaqla atan futbolçudan əmlakının yarısını tələb edir

Rusiya yığmasının keçmiş kapitanı Andrey Arşavinin həyat yoldaşı futbolçuya qarşı məhkəmədə iddia qaəlırıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Yuliya Arşavindən onu 3 uşaqla atdığına görə, əmlakının yarısını tələb edir.
"Komsomolskaya pravda"nın araşdırmasına görə, Andrey Arşavinin həyatında başqa qadının olması çoxdan məlum idi. Bu yaxınlarda futbolçunun sevgilisi ilə birgə çimərlikdə şəkillərinin yayılması vəziyyəti gərginləşdirib. Arşavinin hələ həyat yoldaşının hamilə olduğu vaxtda başqa qadınla birgə olub. Lakin futbolçu uşağı doğulandan sonra ailəsinə qayıdıb və onu saxlamağa çalışsa da bu alınmayıb. Onların nigahı da rəsmi olmayıb.
Vəkil Sergey Jorinin sözlərinə görə, cütlük rəsmi şəkildə evli olmasa da, onların üç uşağı var və uzun zaman Britaniyada yaşadıqlarına görə, yerli qanunvericilik əmlakın bölünməsi ilə bağlı ədalətli hökm çıxara bilər.
Qeyd edək ki, Arşavin boşanması ilə bağlı xəbərləri şərh etmir. Bu mövsüm Arşavinin futbolçu karyerası üçün çox uğursuz olub. 30 iyunda "Arsenal"da karyerasını bitirəcək futbolçu ötən mövsüm İngiltərə çempionatında heç bir qol belə vurmayıb.
Xatırladaq ki, Arşavinin Azərbaycanın "Xəzər Lənkəran" klubu ilə anlaşdığı xəbərə verilsə də bu məlumatlar doğru çıxmadı. Hazırda rusiyalı məşqçi Yuri Syominlə müqavilə bağlanılan "Qəbələ" klubuna Arşavinin gətiriləcəyi ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31