“Rubin”in ilk rəqibi müəyyənləşdi

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" Avstriyadakı təlim-məşq toplanışında ilk rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi növbəti mövsümə hazırlığa Slovakiyanın "Zlate-Moravtse" klubu ilə yoxlama oyunu ilə başlayacaq. Ötən çempionatı 8-ci yerdə bitirən komanda ilə matç iyunun 14-də keçiriləcək.
"Rubin" sonrakı oyununu da Slovakiya təmsilçisi ilə keçirəcək, iyunun 18-də Miyava "Spartak"ına rəqib olacaq. Son matç isə iyunun 22-də Rumıniyanın son çempionu "Styaua" ilədir.
Qeyd edək ki, Ruslan hazırlığın gedişində komandasına qoşulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31