"Milan" "Real"ın üç futbolçusunu istəyir

"Real" (Madrid) klubundan ayrılacağı gözlənilən Anxel Di Mariya İtaliyadan təklif alıb. Siasport xəbər verir ki, argentinalı futbolçu ilə "Milan" klubu yaxından maraqlanır. Artıq Milan təmsilçisi Di Mariya ilə danışıqlara başlayıb. Təcrübəli futbolçunun da "Milan"ın təklifini müsbət qarşıladığı bildirilir. Tərəflər arasında razılıq əldə olunarsa, Di Mariya yeni mövsümdən "Milan"ın şərəfini qoruyacaq. 
Qeyd edək ki, "Milan"ın "Real"ın qapıçısı Dieqo Lopez və müdafiəçisi Pepeni də transfer etmək istədiyi iddia olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31