İspaniya millisi İrlandiya yığmasına qalib gəldi
12 İyun 2013 12:24 İdmanDÇ-2014-ün seçmə mərhələsinə hazırlıq məqsədi son dünya və Avropa çempionu İspaniya milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, prineylilərin rəqibi İrlandiya yığması olub.
Qarşılaşmada çempionlar 2:0 hesabı ilə qalib gəlib. Görüşün ilk hissəsində hesab açılmayıb. 69-cu dəqiqədə isə Roberto Saldado irlandiyalıları cəzalandırıb. Oyunun başa çatmasına 2 dəqiqə qalmış isə Xuan Mata rəqibi daha bir dəfə mərkəzdən başlamağa məcbur edib.
Qeyd edək ki, İspaniya millisi daha əvvəl Haitini 2:1 hesabı ilə məğlub etmişdi.
Yoldaşlıq oyunu
12 iyun
İspaniya - İrlandiya - 2:0
Saldado, 69, Mata, 88
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31