Millimizin rəqibi İngiltərəni fiaskoya uğratdı
12 İyun 2013 12:12 İdmanAzərbaycanın 21 yaşlılardan ibarət yığmasının (U-21) növbəti rəqibi olan İsrail Avropa çempionatının final mərhələsində çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, israillilər ölkələrində təşkil olunan turnirdə qrupda son oyununda İngiltərəyə 1:0 hesabı ilə qalib gəlib.
Bununla da ötən seçmə mərhələdə yığmamızla bir qrupda olmuş Stüart Pirin yetirmələri hər 3 oyunda uduzaraq, fiaskoya uğrayıb. İsrail isə 4 xalla qrupda 3-cü olub. Onun yer aldığı A qrupundan İtaliya ilə Norveç, B qrupundan isə İspaniya və Hollandiya yarımfinala çıxıb.
Qeyd edək ki, seçmə mərhələyə evdə Makedoniya yığması ilə qolsuz heç-heçə ilə başlayan U-21-miz növbəti matçını sentyabrın 7-də səfərdə İsraillə keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31