“Mançester Yunayted”in məşqçiləri Bakıda toplanış keçəcəklər
12 İyun 2013 12:05 İdmanAFFA-nın dəstəyi ilə "Bakcell" şirkətin tərəfindən Bakıda və Azərbaycanın bir sıra regionlarında (Mingəçevir, Lənkəran və Sumqayıt) seçim turları təşkil olunur. Apasport.az saytının məlumatına görə, seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda - "Bakcell Arena"da təşkil olunacaq və "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplanışında iştirak edə biləcəklər.
Seçim turları barədə məlumatı diqqətinizə çatdırırıq:
13 iyun, saat 14:00-dan 18:00-dək - Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda qeydiyyat
14 iyun, saat 9:00 - Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda qeydiyyat və seçim turu
16 iyun, saat 14:00-dan 18:00-dək - Lənkəran Olimpiya Kompleksinin stadionunda qeydiyyat
17 iyun, saat 9:00 - Lənkəran Olimpiya Kompleksinin stadionunda qeydiyyat və seçim turu
18 iyun, saat 14:00-dan 18:00-dək - Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-ci binanın qarşısında AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada qeydiyyat
19 iyun, saat 9:00 - Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-ci binanın qarşısında AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada qeydiyyat və seçim turu
20 iyun, saat 14:00-dan 18:00-dək - Bayıl stadionunda qeydiyyat
21-22 iyun, saat 9:00 - Bayıl stadionunda qeydiyyat və seçim turu