Hollandiyalı məşhur mütəxəssis Mahaçkalada qaldı

Rusiyanın "Anji" klubunun baş məşqçisi Quus Hiddinkin gələcək taleyinə aydınlıq gəlib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssislə yeni müqavilə imzalanacaq. "Anji" ilə müqaviləsi iyun ayının sonunda başa çatacaq 66 yaşlı mütəxəssis artıq sözləşmə imzalamaq üçün Moskvaya gedib. Lakin Hiddinkin "Anji" ilə hansı müddətə müqavilə imzalayacağı məlum deyil.
Qeyd edək ki, daha öncə Hiddinkin Fransanın PSJ klubunun baş məşqçisi postuna gətiriləcəyi iddia olunurdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31