Ronaldo karyerasının sonunadək "Real"da qalacaq
11 İyun 2013 19:44 İdmanPortuqaliyalı ulduz Kriştianu Ronaldo futbol karyerasını Madridin "Real" komandasında başa vuracaq. Trend-in çərşənbə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu "Kral klubu"nun prezidenti Florentino Peres deyib.
Bununla da Perez ulduz futbolçunun "Real"dan getməsi barədə yayılan söz-söhbətlərə son qoyub.
Daha əvvəl verilən məlumata görə, "Mançester Yunayted" Ronaldoya görə "Real" rəhbərliyinə 65 milyon funt-sterlinq ödəməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31