Zidan “Real”ı rədd etdi
12 İyun 2013 06:32 İdman"Real"ın və dünya futbolunun əfsanəsi hesab edilən Zinəddin Zidan keçmiş komandasından gələn təklifə rədd cavabı verib. Publika.Az xəbər verir ki, bu barədə "Marka" qəzeti məlumat yayıb.
Veteran futbolçu prezident Florentina Pereslə görüş keçirib. Klub rəhbəri Zidana "Real"ın idman direktoru vəzifəsində işləməyi təklif edib. Amma fransız bu təklifi müsbət cavablamayıb. Belə ki, əfsanəvi futbolçu bundan sonra məşqçi kimi fəaliyyət göstərmək istədiyini, hər hansı bir vəzifədə işləmək niyyətində olmadığını qeyd edib. Amma Zidanın hələ də baş məşqçisi bilinməyən "Real"da köməkçi məşqçi kimi işləyə biləcəyi deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31