Berti Foqts Polşa millisini çalışdıracaq?
Polşa seçməsinə baş məşqçi axtarılır
11 İyun 2013 20:05 İdmanFutbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Polşa seçməsini çalışdıra bilər. "Azerisport"un verdiyi xəbərə görə, bu barədə sözügedən ölkənin idman mətbuatı məlumat yayıb. Polşa yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində uğursuz çıxış etməkdədi. Bu üzdən də baş məşqçi Valdemar Fornalikin istefaya göndəriləcəyi bildirilir.
Onu əvəzləyəcək namizədlər arasında isə məhz millimizin almaniyalı çalışdırıcısının da adı hallanır. Namizədlər arasında Dik Advokaat, Marko Van Basten, Kristof Daum, Jerar Ulye, Lars Laqerbak, Bert van Marveyk, Frank Raykaard, Huub Stevens və Pavel Vrba kimi mütəxəssislər də var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31