Joze Mourinyo "Çelsi" ilə bağlı planlarını açıqladı
"Onun klubda qalmağı daha məqsədəuyğundur"
11 İyun 2013 20:16 İdman"Çelsi" klubunun yeni baş məşqçisi Joze Mourinyo növbəti planlarını açıqlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, çalışdırıcı komandanın kapitanı kimi elə Con Kerrini görmək istəyir. O, həmçinin Fernando Torresi də komandasında görmək istədiyini bildirib:
"Con klubun kapitanıdır. Mən ondan çox razıyam. Fernandoya gəlincə, onun klubda qalmağı daha məqsədəuyğundur. Gəlin ona kömək edək və daha yaxşı nəticələr əldə edək".
Hələ qəti bir qərar vermədiyini bildirən məşqçi Konfederasiyalar Kubokunun sonuna kimi gözləyəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31