"Detroyt" yeni baş məşqçisinin adını açıqladı

Milli.Az sportnews-a istinadən xəbər verir ki, "Detroyt" klubu Moris Çiksin yeni baş məşqçi təyin edildiyini elan edib. Bu barədə NBA-nın rəsmi saytı məlumat verib. Müqavilənin şərtləri və müddəti barədə hər hansı bir xəbər yoxdur. 56 yaşlı mütəxəssis mövsümün sonunda istefaya göndərilən Lourens Frenki əvəz edib.
Xatırladaq ki, bu, Morisin karyerasında 3-cü komandadır. Buna qədər o, "Portlend"i və "Filadelfiya"nı çalışdırıb. Son 4 mövsümdə isə "Oklahoma"da köməkçi məşqçi idi. "Filadelfiya"nın baş məşqçisi köməkçisi kimi Çiks komandanı NBA-nın finalına yüksəldə bilib. Oyunçu kimi isə o, 1983-cü ildə çempion olub və 4 dəfə ulduzlar oyununda iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31