Atası tanınmış futbolçuya qadağa qoydu
Vaqif Cavadov yalnız uğurlu çıxış edəcəyi halda mətbuatla ünsiyyətə icazə veriləcək
10 İyun 2013 18:53 İdmanFutbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadova mətbuatla ünsiyyət qadağan olunub. Bu barədə "azerisport" məlumat yayıb. Saytın verdiyi xəbərə görə, futboçunun atası Fizuli Cavadov oğluna qadağa qoyub.
Qeyd edək ki, son mövsümdə "Qarabağ"da çıxış etsə, yenə əvvəlki günlərini geri qaytara bilməyən forvard bu yay "İnter"ə keçdi. İndi o, özünü yeni komandasında təsdiqləməlidi. Ata Cavadov yalnız uğurlu çıxış edəcəyi halda oğluna mətbuatla ünsiyyətə icazə verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31